AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı artıb

AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı artıb Bu ilin I rübündə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 27 866 nəfər təşkil edib.
İnfrastruktur
13 Aprel , 2022 11:31
AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı artıb

Bu ilin I rübündə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 27 866 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 %-ə bərabər olub.

Pendemiyadan öncə - 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayında 8 601 nəfər və yaxud 45 % artım qeydə alınıb. Azərbaycanın milli avidaşıyıcısının qonşu ölkənin aviasiya bazarındakı payı isə 2 % artıb.

COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib.

Son xəbərlər

Orphus sistemi