AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - YENİLƏNİB

İnfrastruktur
  • 09 may, 2025
  • 11:01
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - YENİLƏNİB

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

"Artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir", - cavabda qeyd olunub.

08.05.2025 / 13:15

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti