AZAL-ın Bakı-İstanbul-Bakı reysləri sabah günün birinci yarısına keçirilib

AZAL-ın Bakı-İstanbul-Bakı reysləri sabah günün birinci yarısına keçirilib Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.
İnfrastruktur
25 Yanvar , 2022 15:06
AZAL-ın Bakı-İstanbul-Bakı reysləri sabah günün birinci yarısına keçirilib

İlk xəbər saat 12:36-da verilib

İstanbul beynəlxalq hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib. 

Məlumata görə, bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

"Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edirik", - deyə aviaşirkət bəyan edib. 

***

Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar tarıxlərində) reyslərinin gecikməsinə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.

Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”-da yerinə yetiriləcək.

Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

Gələn sərnişinlərdən İstanbul hava limanında “Azərbaycan Hava Yolları”nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul - Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi