AZAL Çinin “Hainan Airlines” şirkəti ilə əməkdaşlığa başlayıb
İnfrastruktur
- 13 dekabr, 2023
- 13:06
"Azərbaycan Hava Yolları" QSC (AZAL) kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” şirkəti ilə xüsusi proreyt sazişi imzalayıb.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sənəd hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.
Saziş çərçivəsində AZAL-ın sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines”ın Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL-ın sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.
Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Son xəbərlər
00:20
Video
Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:14
Qaradağlı faciəsindən 34 il ötür
Daxili siyasət23:45
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
Futbol23:45
Füzulidə ağır yol qəzasında 1 nəfər ölüb, 4-ü yaralanıb
Hadisə23:33
Pezeşkian müxalifətçilərlə görüşdə ABŞ-İran danışıqlarını müzakirə edib
Region23:20
Foto
Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət23:08
XXV Qış Olimpiya Oyunları: Güclü qar səbəbindən yarış təxirə salınıb
Fərdi23:05
ABŞ qoşunları terrorizmə qarşı mübarizə üçün Nigeriyaya gedib
Digər ölkələr22:57