“Azərbaycan Hava Yolları” QSC (AZAL) noyabrın 19-dan Bakıdan Almatıya və əks istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar hər həftənin cümə günlərində, əks istiqamətdə isə şənbə günlərində "Airbus A319" markalı hava gəmisi ilə həyata keçiriləcək.
Uçuş cədvəli ilə aviaşirkətin
Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər:
Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib:
Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və yaxud laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür:
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.