​AZAL Bakı-London aviareysləri üzrə endirim aksiyası keçirir

​AZAL Bakı-London aviareysləri üzrə endirim aksiyası keçirir Aviabiletin qiyməti 392 manata salınıb
İnfrastruktur
155
29 Yanvar , 2015 17:03
​AZAL Bakı-London aviareysləri üzrə endirim aksiyası keçirir

Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-London-Bakı marşrutu ilə həyata keçirdiyi aviareyslər üzrə xüsusi endirim aksiyasına start verib.

AZAL-dan "Report"a verilən məlumata əsasən, aksiya çərçivəsində Bakı-London-Bakı reysinə biletin (hər iki istiqamətdə) qiyməti 444 avroya (392 manat) qədər azaldılıb. Bundan öncə isə biletlər onlayn alındıqda 486 manata, kassadan alındıqda isə 503 manata satılıb.

Yanvarın 30-dan martın 10-a qədər davam edəcək aksiyada bilet satışı ilə uçuşlar eyni müddətdə gerçəkləşdiriləcək.

Qeyd edək ki, aksiya çərçivəsində satılan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmayacaq. Yerlər məhdud olduğuna görə rəsmiləşdirməni əvvəlcədən aparmaq lazımdır. Bu biletlərlə səfər zamanı maksimal qalma müddəti isə bir ay müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi