Bakı. 16 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin hazırkı qiymətlərinin təhlilinə başlayıb.
AZAL-dan “Report”a verilən məlumata görə, təhlilin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək. Belə ki, müzakirələr Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırıqdan sonra start götürüb.