AZAL 20% endirimli aviabiletlərin satışına başlayıb
- 28 iyul, 2015
- 09:07
Bakı. 28 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin bütün istiqamətlərə olan uçuşlarında 20% endirimlə satılan biletlər artıq satışa çıxarılıb.
“Report” xəbər verir ki, aviaşirkət iyulun 21-dən etibarən aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını elan edib. Dörd istiqamətə konkret qiymətlər müəyyənləşdirən aviaşirkət digər bütün istiqamətlərdə təyyarələrdəki yerlərin 30%-nin 20% endirimlə satılcağını da elan etmişdir. Lakin həmin 20% endirimli yerlər hələ sistemə köçürülmədiyi üçün satış mümkün deyildi. Bu gündən etibarən sərnişinlər AZAL-ın bütün istiqamətlərdə 20% endirimli biletlərini əldə edə bilərlər.
Endirimli biletləri “Azərbaycan Hava Yolları”nın kassaları ilə yanaşı turagentliklərdən də almaq mümkündür.