AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB-də ən yaxşı aviaşirkət hesab edilib

AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB-də ən yaxşı aviaşirkət hesab edilib "Azərbaycan Hava Yolları "QSC (AZAL) nüfuzlu “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib.
İnfrastruktur
20 İyun , 2023 16:02
AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB-də ən yaxşı aviaşirkət hesab edilib

"Azərbaycan Hava Yolları "QSC (AZAL) nüfuzlu “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, Aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daima sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək rekord sayda – 12-ci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.

Mükafatlandırma mərasimi bu gün Paris aviasalonu çərçivəsində baş tutub.

"AZAL-ın rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət - Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda – 12-ci dəfə qələbə qazanması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir”, - deyə “Skytrax” şirkətinin baş direktoru Edvard Pleysted bildirib.

“Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq regionun aviasiya sahəsində liderlərdən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcəkdir. Müştərilərimizə - bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına - səylə çalışdıqlarına və aviaşirkətə sədaqətlərinə görə təşəkkür edirik”, - öz növbəsində AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

“World Airline Awards” mükafatı qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi, İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir.

Son xəbərlər

Orphus sistemi