Azad Cəfərli: "120 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb"

Azad Cəfərli: "120 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb" Azərbaycanda 120 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb.
İnfrastruktur
1 Oktyabr , 2024 10:52
Azad Cəfərli: 120 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb
Azad Cəfərli

Azərbaycanda 120 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə bildirib.

"Azərbaycan, bir çox digər ölkələr kimi, temperatur dəyişiklikləri, ekstremal hava hadisələrinin artması, yağıntı rejiminin dəyişməsi kimi əhəmiyyətli ekoloji nəticələr və çağırışlarla üzləşir. İqlim dəyişikliyinin təsirlərinə və emissiyaların azaldılmasına hazırlaşmaq üçün səylər göstərilir. Belə sektorlardan biri də kənd təsərrüfatıdır" - o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda illik su balansının yalnız 30 %-i ölkə daxilində formalaşır: "Ölkədə təxminən 12 milyard kubmetr su istehlak edilir. Bunun 7-8 milyard kubmetri suvarma və kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan torpaq sahəsi var. Ümumi əkin sahəsi 4,78 milyon hektardır".

A.Cəfərli onu da əlavə edib ki, hökumət fermerləri, xüsusən də qadın fermerləri və ucqar ərazilərdə yaşayan fermerləri dəstəkləmək üçün təşviq proqramları həyata keçirir: "Azərbaycanda fermerlər müasir texnologiyaları və suvarma sistemlərini tətbiq etmək yolu ilə subsidiyalar və yaxud digər proqramlardan faydalana bilərlər".

Son xəbərlər

Orphus sistemi