Bakı. 15 avqust.REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar ikitərəfli Əlaqələndirmə Şurasının 20-ci iclası keçirilib.
Nəqliyyat Nazirliyindən "Reporta" a verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin həmsədrliyi ilə keçirilən iclasda, bu ilin yanvar-iyul ayları ərzində layihə üzrə görülmüş işlərə dair hesabatlar dinlənilib, layihə çərçivəsində imzalanmış müqavilələrə düzəlişlərin edilməsi, Marabda-Axalkalaki dəmir yolu sahəsində aparılan bərpa-yenidənqurma işləri zamanı tikinti yüklərinin daşınması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu ilə sərnişin daşımalarının təşkili və s. məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, iclasın nəticələri ilə bağlı yekun protokolu imzalanıb.