"Report" "Azəryolservis" ASC-yə istinadən xəbər verir ki, sözügedən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 metr təşkil edəcək.
İki hərəkət zolaqlı, bir istiqamətli yol üzərində 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunur. Hazırda estakadanın başlanğıc və Dairəvi-1 yoluna birləşən hissəsində, kənar dayaqların özülündə svayların quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.
Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.