Avtomobil əlaqələri üzrə Belarus-Azərbaycan komissiyasının iclası keçirilib

Avtomobil əlaqələri üzrə Belarus-Azərbaycan komissiyasının iclası keçirilib İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq protokol imzalanıb
İnfrastruktur
17 Mart , 2016 14:16
Avtomobil əlaqələri üzrə Belarus-Azərbaycan komissiyasının iclası keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Minsk şəhərində Azərbaycan ilə Belarus arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli Qarışıq Komissiyasının növbəti iclası keçirilib. 

"Report"un Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyəti, qarşılıqlı tərəfdaşlığın inkişafı, daşımalar zamanı yaranan problemlər və onların aradan qaldırılması yolları, daşımaların inkişaf perspektivləri müzakirə olunan mövzular arasında olub. 

Eyni zamanda, 2016-2017-ci illərdə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün "İcazə" blanklarının kontingentinin müəyyən edilməsi, ticari-iqtisadi statistik məlumatların mübadiləsi, hər iki ölkənin avtodaşıyıcılarının iş şəratinin yaxşılaşdırılması və s. zəruri məsələlər müzakirə edilərək razılaşdırılıb, müvafiq protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi