Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək

Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək Bu ay "Avstriya Dəmir Yolları"nın yükdaşıma şirkəti - "Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək.
İnfrastruktur
13 İyun , 2024 15:47
Avstriyanın yükdaşıma şirkəti bu ay Orta Dəhlizlə Çinə blok qatarı göndərəcək

Bu ay "Avstriya Dəmir Yolları"nın yükdaşıma şirkəti - "Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, Avstriya Dəmir Yolları ilə ciddi razılıq əldə edilib: “Onları bu marşruta yenidən gəlməyə inandırdıq. Onlar Orta Dəhlizdən əvvəl istifadə ediblər”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Son xəbərlər

Orphus sistemi