Astarada yeni tranzit yük avtomobil xətti fəaliyyətə başlayıb

İnfrastruktur
  • 10 mart, 2022
  • 07:48
Astarada yeni tranzit yük avtomobil xətti fəaliyyətə başlayıb

İranın Astara rayonunun nəqliyyat yükünü azaltmaq və şəhər gömrüyündə ticarəti asanlaşdırmaq məqsədilə yeni tranzit yük avtomobil xətti fəaliyyətə başlayıb.

“Report” Iran mətbuata istinadən xəbər verir ki, bunu İranın Astara rayonunun qubernatoru Rızayı Pur deyib.

O bildirib ki, hökumətin və xüsusilə şəhərdəki gömrük orqanlarının səyləri nəticəsində şəhərin küçələrində tranzit yük maşınlarının trafiki əhəmiyyətli dərəcədə azalıb.

“Gömrük sistemində fiber-optik rabitə xətlərinin çəkilməsi, bütün gömrük bölmələrinin 24 saat işləməsinin təmin edilməsi, sərhəd terminal ərazisinin yaxşılaşdırılması və istifadəsinin genişləndirilməsi, sahibkarlarla koordinasiyalı şəkildə konteynerlərlə kənd təsərrüfatı məhsullarının ixracının Qafqaz ölkələrinə genişləndirilməsi, hökumət tərəfindən görülən ən mühüm tədbirlərindəndir”, - Rızayı Pur vurğulayıb.

O bildirib ki, Astara limanı coğrafi mövqeyinə və Gilan- Azərbaycan dəmir yolu xəttinə yaxınlığına görə ölkənin iqtisadi rifahında mühüm rol oynayır və dəniz nəqliyyatı ilə yükdaşımalarının artmasına yardımçı olur: “Bu limana 2,5 min ton tutumlu gəmilər yanaşa bilir və yenidənqurma işlərindən sonra 5 min tonluq gəmilərdə limana yanaşa biləcək”.

Son xəbərlər

Bütün Xəbər Lenti