Astara Dəmir Yolu Terminalı vasitəsilə daşımalar 60 %-dən çox artıb

İnfrastruktur
  • 17 aprel, 2023
  • 06:42
Astara Dəmir Yolu Terminalı vasitəsilə daşımalar 60 %-dən çox artıb

2022-2023-cü maliyyə ilində Astara Dəmir Yolu Terminalı vasitəsilə Azərbaycan və İran arasında 571 146 ton yük daşınıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, tranzit da daxil olmaqla ixrac-idxal əməliyyatları çərçivəsində yük daşımaları 2021-2022-ci maliyyə ili ilə müqayisədə 60,4 % artıb.

Hesabat dövründə Azərbaycanın İrandan dəmir yolu vasitəsilə idxalı 199 151 ton təşkil edib ki, bu da, illik müqayisədə 9,4 % çoxdur. Bu dövrdə Azərbaycan əsasən sitrus meyvələri, sement, kimya, kafel və ərzaq malları alıb.

Azərbaycandan İrana isə dəmir yolu ilə yük daşımaları 152 min ton, tranzit daşımalarının həcmi 220 min ton olub. İranın Azərbaycandan idxal (tranzit daşımaları da daxil olmaqla) etdiyi məhsullar isə ağac, pambıq, kağız və taxıl olub.