Asəf Hacıyev: "Neft-qazın Avropaya daşınmasının ən qısa yolu Zəngəzurdan olacaq"
- 27 oktyabr, 2023
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Asiyadan neft və qazın Avropaya daşınmasının ən qısa yolu Zəngəzur dəhlizinin üzərindən olacaq.
"Report" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev qurumun URTA Baş Assambleyasının Bakıda keçirilən 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəhliz müxtəlif daşımaları birləşdirə bilər.
"Hazırda dünyanın əsas nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan önəmli dövlətə çevrilib", - deyə o əlavə edib.
Xatırladaq ki, bugünki iclasda QDİƏT-URTA Baş Assambleyasının 2024-cü il üçün büdcəsi, təşkilatın gələn il üçün İşçi Proqramı müzakirə edilib, Assambleyanın İdarə Heyətinin hesabatı açıqlanıb.