ASCO yeni vakansiyalar elan edib

ASCO yeni vakansiyalar elan edib "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) matros, motorçu və elektrik vəzifələri üzrə vakansiyalar elan edib.
İnfrastruktur
4 Oktyabr , 2022 16:19
ASCO yeni vakansiyalar elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) matros, motorçu və elektrik vəzifələri üzrə vakansiyalar elan edib.

"Report" quruma istinadən xəbər verir ki, matros, motorçu və elektrik vəzifələri üzrə müraciət edən namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada bu ayın sonuna qədər müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

İşə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün:

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12502

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12503

Elektrik: https://www.asco.az/az/pages/6/65/vacancy/12504

Son xəbərlər

Orphus sistemi