ASCO Vətən Müharibəsi iştirakçısının 3 illik təhsil haqqını ödəyəcək

ASCO Vətən Müharibəsi iştirakçısının 3 illik təhsil haqqını ödəyəcək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu il yüksək bal toplayıb Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olunmuş Vətən Müharibəsi iştirakçısı İvan Levşanın təhsil haqqını ödəyəcək, üstəlik ona əlavə tədaüd verəcək.
İnfrastruktur
22 Sentyabr , 2022 17:20
ASCO Vətən Müharibəsi iştirakçısının 3 illik təhsil haqqını ödəyəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu il yüksək bal toplayıb Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olunmuş Vətən Müharibəsi iştirakçısı İvan Levşanın 3 illik təhsil haqqını ödəyəcək, üstəlik ona əlavə təqaüd verəcək.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev yüksək bal toplamış və ADDA-da ali təhsil alacaq tələbələrlə görüşüb. Görüşdə Akademiyanın rektoru Heydər Əsədov, dövlət şirkətinin sədr müavinləri və bir sıra departament rəhbərləri iştirak ediblər.

ASCO-da Vətən müharibəsi qəhrəmanlarına həmişə həssas yanaşıldığını qeyd edən R.Vəliyev bu il ADDA-nı seçənlərin arasında müharibə iştirakçısının olmasını xüsusi vurğulayıb, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, ADDA-nın “Gəmi sürücülüyü” ixtisasını seçən İvan Levşanın təhsil haqqının ödəniləcəyini və ona əlavə təqaüd veriləcəyini qeyd edib.

Rektor H.Əsədov isə tələbələrə göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə təşəkkürünü bildirib, gələcəyin dənizçilərini yaradılmış imkanlardan lazımınca faydalanmağa çağırıb.

Görüşdə həmçinin tələbələrə ASCO adından qiymətli hədiyyələr təqdim olunub.

ADDA tələbələrinə ASCO-nun “Suraxanı” gəmi-muzeyi və inzibati binada fəaliyyət göstərən “Üç əsrin şahidi” muzeyi ilə tanışlıq imkanı da yaradılıb. Onlar hər iki muzeydə yerləşən eksponatlarla yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi