ASCO ötən il 3 tona yaxın kağızı təkrar emala göndərib

ASCO ötən il 3 tona yaxın kağızı təkrar emala göndərib 2021-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərindən 69,233 m³ plastmas, 667,555 m³ qida qalığı, 527,274 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 81,985 m³ istismar tullantısı, 505 m³ neft qalığı, 6824 m³ döşəməalt
İnfrastruktur
28 Yanvar , 2022 10:34
ASCO  ötən il 3 tona yaxın kağızı təkrar emala göndərib

2021-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərindən 69,233 m³ plastmas, 667,555 m³ qida qalığı, 527,274 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 81,985 m³ istismar tullantısı, 505 m³ neft qalığı, 6824 m³ döşəməaltı lyal sular, 95364,58 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 154 m³ çən dibində formalaşmış neftli şlam, 10,66 ton yanmış qəlib qumu, 1358,98 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 77671,49 ton məişət çirkab suyu, 1059 ton neftli döşəməaltı-lyal su, 204,547 ton sürtgü yağı, 4059,23 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1089,3 m³ qida qalığı, 171,41 m³ polimer əsaslı və plastmas tullantı, 109,9019 m³ yağlı və neftli tullantı, 133,85 m³ müxtəlif rezin tullantı, 117 ədəd akkumulyator və halvanik element, 627,66 m³ istismar tullantı, 36 m³ elektron tullantı, 1,27 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, ötən il ümumilikdə 2,74 ton kağız, 1,1842 ton plastmas, 7298,504 ton qara metal, 14, 901 ton əlvan metal isə təkrar emala göndərilib.

Son xəbərlər

Orphus sistemi