ASCO-nun 17 gəmisi Volqa-Don kanalından keçidə icazə alıb

ASCO-nun 17 gəmisi Volqa-Don kanalından keçidə icazə alıb Rusiya hökuməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Dona və əks istiqamətdə hərəkətinə icazə verib.
İnfrastruktur
9 Mart , 2023 15:40
ASCO-nun 17 gəmisi Volqa-Don kanalından keçidə icazə alıb

Rusiya hökuməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Dona və əks istiqamətdə hərəkətinə icazə verib.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan bayrağı altında üzən “Qaradağ”, “Teymur Əhmədov”, “Maestro Niyazi”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Rəsul Rza”, “Hüseyn Cavid”, “General Aslanov”, “Şair Sabir”, “Şair Vaqif”, “Mahmud Rəhimov”, “Gəncə”, “Professor Əziz Əliyev”, “Laçın”, “Kəlbəcər”, “Akademik Xoşbəxt Yusifzadə” gəmilərinə Rusiyanın daxili su yolları ilə Xəzər dənizindən Azov dənizinə və əks istiqamətdə tranzit məqsədilə çoxsaylı keçidinə icazə verilir.

Gəmilər xarici gəmilər üçün açıq dəniz limanlarında yaradılmış Rusiyanın dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, federal dövlət sanitariya-epidemioloji, karantin, fitosanitar və baytarlıq nəzarətindən keçəcəklər.

Son xəbərlər

Orphus sistemi