ASCO-nun Müşahidə Şurasının növbəti iclası keçirilib

ASCO-nun Müşahidə Şurasının növbəti iclası keçirilib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
İnfrastruktur
23 Oktyabr , 2021 17:31
ASCO-nun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən "Report"a verilən məlumata görə, ASCO-nun İdarə Heyətinin üzvlərinin də iştirak etdiyi iclasda səhmdar cəmiyyətinə MŞ-nın verdiyi qərar və tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib, eləcə də Cəmiyyətdə daxili audit fəaliyyətinin təşkilinə dair MŞ-nın Komitələrindən daxil olmuş təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.

Cəmiyyətin ötən il üzrə gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi ətrafında müzakirələr aparan MŞ növbəti il üzrə gəlir və xərclər smetasının ilkin göstəricilərini nəzərdən keçirib.

İclasda həmçinin, ASCO-nun mümkün risklərin nəticələrinin azaldılması və qarşısının alınması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi, o cümlədən 2020-2021-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf Haqqında Hesabatı”na dair məsələlərlə bağlı iclas iştirakçılarının rəyləri dinlənilib.

İclasda ASCO-nun digər cari məsələləri ilə bağlı da müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi