“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək

“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisi inşa edəcək.
İnfrastruktur
14 İyun , 2024 15:03
“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisi inşa edəcək.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir. Bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.

Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.

Bildirilir ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər Azərbaycanda neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi