“ASAN Xidmət”ə yeni səlahiyyət verilib

“ASAN Xidmət”ə yeni səlahiyyət verilib ESTİS-nin operatoru “ASAN Xidmət” tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi olacaq
İnfrastruktur
13 Fevral , 2021 17:15
“ASAN Xidmət”ə yeni səlahiyyət verilib

Azərbaycanda “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) operatoru Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi olacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, “ESTİS haqqında Əsasnamə”də öz əksini tapıb.

Sənədə əsasən, operatorun funksiyaları aşağıdakılardır:

- ESTİS-in idarə olunmasını təşkil etmək və ESTİS-in funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

- ESTİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

- ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

- ESTİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

- ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;

- ESTİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

- sahibin təklifləri əsasında ESTİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;

- sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

- ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

- ESTİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdikdə, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə ESTİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

- bu Əsasnamənin 8.1.10-cu yarımbəndində qeyd edilən hallar barədə sahibi məlumatlandırmaq;

- ESTİS-dən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

- ESTİS-in parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

- ESTİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

- ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

- bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

Son xəbərlər

Orphus sistemi