Arkadi Zloçevski: “Azərbaycanın tranzit imkanları Rusiya üçün strateji və fundamental önəm daşıyır”

Arkadi Zloçevski: “Azərbaycanın tranzit imkanları Rusiya üçün strateji və fundamental önəm daşıyır” "Azərbaycanın tranzit imkanlarından istifadə edərək İranın Bəndər Abbas və digər limanlarına çıxmaqla dünya ölkələrinə ərzaq məhsullarımızın ixrac potensialı bizim maraq dairəmizdədir".
İnfrastruktur
5 Oktyabr , 2022 14:22
Arkadi Zloçevski: “Azərbaycanın tranzit imkanları Rusiya üçün strateji və fundamental önəm daşıyır”
Arkadi Zloçevski

"Azərbaycanın tranzit imkanlarından istifadə edərək İranın Bəndər Abbas və digər limanlarına çıxmaqla dünya ölkələrinə ərzaq məhsullarımızın ixrac potensialı bizim maraq dairəmizdədir".

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən “Global Grain Outlook 2022” adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransının iştirakçısı olan Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski deyib.

Biz bu kanalın Rusiya resurslarının ixracı baxımından olduqca böyük önəm daşıdığını anlayırıq. Bu il ölkəmizdə rekord həcmdə taxıl məhsulları istehsal olunub. Belə bir şəraitdə bu məhsulun istehlakçılara çatdırılması üçün yeni marşrutların təşkili son dərəcə vacib bir məsələdir. Bu konfrans məhz mövcud problemlərin araşdırılması, onların həlli yollarının axtarışı, gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm bir meydançadır”, - deyə A.Zloçevski bəyan edib.

O, konfrans çərçivəsində, ilk növbədə Azərbaycan və qonşu ölkələrə ixrac imkanlarını öyrənmək istədiyini qeyd edib.

Rusiya Taxıl İttifaqının prezidenti hazırda Azərbaycan ərazisində yaradılmış müasir tranzit dəmiryolu infrastrukturunun strateji və fundamental önəm daşıdığını vurğulayıb.

A.Zloçevski, həmçinin Rusiya rublunun möhkəmlənməsinin istehsalçı və ixracatçılar üçün müəyyən çətinliklər yaratdığını da etiraf edib.

“Möhkəmlənən rubl ixracatı demotivasiya etsə də, bunun müvəqqəti xarakter daşıdığını anlamaq lazımdır. Biz sadəcə vəziyyətin yaxın gələcəkdə düzələcəyinə ümid edərək gözləyirik”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi