Arif Məmmədov: “Digər qurumlarla səlahiyyət bölgüsü problemləri mövcud idi”

Arif Məmmədov: “Digər qurumlarla səlahiyyət bölgüsü problemləri mövcud idi” "Bundan əvvəl 3 idarənin yerinə yetirdiyi funksiyanı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi yerinə yetirir".
İnfrastruktur
16 Mart , 2022 10:00
Arif Məmmədov: “Digər qurumlarla səlahiyyət bölgüsü problemləri mövcud idi”

"Bundan əvvəl 3 idarənin yerinə yetirdiyi funksiyanı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi yerinə yetirir".

“Report” xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun yaradılması ilə digər qurumlarla vaxtilə mövcud olan problemlər də həll edilib: "Bizdə hər zaman digər qurumlarla dəniz üzgüçülüyü sahəsində səlahiyyət bölgüsü problemləri mövcud idi. Agentliyin yaradılması ilə bu problem tamamilə aradan qaldırıldı. Gəmi aşpazları, matroslar, motorçular, elektriklər üçün diplomların verilməsi prosesini sadələşdirdik. Yəni, bu insanlar gedib təlim-tədris mərkəzlərində işi öyrəndikdən sonra imtahan verirlər və müvəffəqiyyət qazandıqları halda onların gəlib bizim agentlikdə imtahan verməsinə ehtiyac qalmır”, - o qeyd edib.

Xatırladaq ki, ötən il oktyabrın 11-də Prezident İlham Əliyev “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, ləğv olummuş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə bu Agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında Rəqəmsal Dövlət Dəniz və Liman Agentliyi yaradılıb. Agentlik ölkə ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi