Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Neftçala şəhərində vətəndaşları qəbul edib.
Komitədən "Report"a verilən məlumata görə, Sonra Şirvan, Hacıqabul, Neftçala və Salyan rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların tikintiyə icazə icraatı və torpaq münasibətləri ilə bağlı verilən sualları cavablandırılıb, qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb.
Həmçinin sakinlərə şəhərsalma qanunvericiliyinin tələbləri və Komitənin yaratdığı elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.