Anar Quliyev: "Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər"
İnfrastruktur
- 13 noyabr, 2024
- 08:38
Yaxın illərdə Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Hazırda paytaxtda istifadə edilən əsas yerüstü nəqliyyat növü avtobusdur və indi onun elektrikli növləri ölkəyə gətirilərək istifadə edilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə əsas yerüstü nəqliyyat növü tramvay ola bilər. Düşünürəm ki, yaxın illərdə bununla bağlı konkret qərarlar verilə bilər. Əsas məsələ odur ki, yerüstü ictimai nəqliyyat üçün müvafiq yer nəzərdə tutulsun. Hazırda ictimai nəqliyyat üçün küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili üçün iş görülür", - deyə o qeyd edib.
Son xəbərlər
21:17
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
Digər ölkələr20:57
Foto
"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
Komanda20:57
Foto
Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
Digər ölkələr20:35
Tramp qalib gəlmək istədiyi üçün İran iqtisadiyyatının çökəcəyinə ümid edir
Digər ölkələr20:29
Sakin: Şəkidə WUF13 Festivalının keçirilməsi bizi çox sevindirir
Daxili siyasət20:25
Foto
Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Hərbi20:17
Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb
Digər ölkələr20:16
ABŞ Hörmüz boğazında planlaşdırılan əməliyyatla bağlı İranı məlumatlandırıb
Digər ölkələr20:10