Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib

Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu iyunun 11-də Ağsu şəhərində keçirib.
İnfrastruktur
11 İyun , 2024 15:30
Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

"Report" Komitəyə istinadən xəbər verir ki, sədr Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin tikintinin planlaşdırılması, tikinti və istismara icazə icraatı ilə bağlı suallarını cavablandırıb, Komitənin bu məqsədlə yaratdığı elektron sistemdən istifadənin üstünlükləri barədə məlumat verib.

Səfər çərçivəsində A.Quliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla da görüşüb, onunla şəhərin Baş Planının icra vəziyyəti, ictimai məkanların yaradılması, mənzil tikintisi imkanları və digər şəhərsalma məsələləri ətrafında geniş müzakirə aparıb.

Son xəbərlər

Orphus sistemi