​Amsterdamda güclü külək səbəbindən 80 aviareys təxirə salınıb

​Amsterdamda güclü külək səbəbindən 80 aviareys təxirə salınıb Rotterdam şəhər aeroportu qismən bağlanıb
İnfrastruktur
1 aprel 2015 00:54
​Amsterdamda güclü külək səbəbindən 80 aviareys təxirə salınıb

Bakı. 1 aprel. REPORT.AZ/ Amsterdamın əsas hava limanı olan Shinpolda güclü külək səbəbindən təqribən 80 aviareys təxirə salınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Niderlandın Rotterdam şəhərinin limanı qismən bağlanıb.

Aeroport nümayəndəsinin məlumatına görə, gün ərzində ləğv edilən reyslərin sayı arta bilər. Onun sözlərinə görə, təxirəsalmalar əsasəsn Avropa ölkələrindən olan reyslərə toxunub.

Rotterdam limanı nümayəndəsinin məlumatına görə, güclü külək səbəbindən iki konteyner terminalı bağlanıb. O qeyd edib ki, bu, ehtiyat məqsədi ilə görülən standart tədbirdir.

Orphus sistemi