Amerikalılar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə yoxlama aparırlar

Amerikalılar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə yoxlama aparırlar Gəmiçilikdə təhlükəsizliyin keyfiyyətli idarəedilməsi sistemi və digər sahələrin auditi aparılır
İnfrastruktur
3 Noyabr , 2016 19:40
Amerikalılar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə yoxlama aparırlar

Bakı. 3 noyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq audit keçirilir. 

Gəmçilikdən "Report"a daxil olan məlumata görə, yoxlama “Amerika Gəmiçilik Bürosu” təsnifat və sertifikatlaşdırma qurumu tərəfindən aparılır.  

Audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 ( Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatının struktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə ”Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.

Audit zamanı sahil və üzən obyektlərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarına uyğunluq səviyyələri müəyyənləşdiriləcək və aidiyyati xidmətlərlə araşdırılaraq təhlil ediləcək.

Yoxlama noyabrın 7-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi