Almaniya Ukrayna-Azərbaycan-Mərkəzi Asiya nəqliyyat marşrutuna qoşula bilər

Almaniya Ukrayna-Azərbaycan-Mərkəzi Asiya nəqliyyat marşrutuna qoşula bilər Hazırda bununla bağlı iş aparılır
İnfrastruktur
23 Fevral , 2016 13:24
Almaniya Ukrayna-Azərbaycan-Mərkəzi Asiya nəqliyyat marşrutuna qoşula bilər

Bakı. 23 fevral. REPORT.AZ/ Ukraynadan Gürcüstan və Azərbaycandan keçməklə Mərkəzi Asiya istiqamətində dəmir yolu marşrutu ilə yükdaşıma sifarişlərinin sayı artıb. Hazırda Almaniyadan yüklərin cəlb olunması ilə bağlı ciddi iş görülür.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib: "Artıq yaxın zamanlarda bu işin nəticəsi görünəcək".

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Hindistan və Fars körfəzindən İran, Azərbaycandan keçməklə Rusiya, Avropa ölkələri, habelə Mərkəzi Asiya və Qafqaz regionlarına daşınacaq yüklərin tarifləri üzərində də ciddi dəyişikliklər aparılır. Bu dəhlizin əsas beynəlxalq marşruta çevrilməsi istiqamətində yeni layihələr hazırlanır. 

Son xəbərlər

Orphus sistemi