Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
Bundan başqa, onun sözlərinə görə, Xocalı şəhərində 56, rayonun Malıbəyli və digər kəndlərində isə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur.
"Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir", - deyə o əlavə edib.
H. Mehdiyev onu da qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət qurumunun əməkdaşları orada məskunlaşıb: "Eyni zamanda, Qarabağ Universiteti fəaliyyətə başlaması ilə 1 200 tələbə şəhərdə məskunlaşıb".