Ağdam Sənaye Parkının rezidenti dəmir yolu avadanlıqları istehsal edir
- 09 yanvar, 2025
- 12:41
Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişində istifadə olunan kommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsal edilir.
“Report”un Ağdama ezam olunan əməkdaşının məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Parka təşkil edilmiş mediaturda bildirilib.
Qeyd olunub ki, həmin avadanlıqları 2016-cı ildən fəaliyyət göstərən və 2022-ci ildən Parkda rezident kimi qeydə alınmış TRS MMC istehsal edir. Zavodda rabitə və işarəvermə avadanlıqları, işıqforlar, mikroprosessor sistemi, yol qutuları, inteqrallar və başqa avadanlıqlar da istehsal olunur. Onlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub. Hazırda MDB və Baltikyanı ölkələrə ixracla bağlı danışıqlar aparılır.
Müəssisədə 30-a yaxın işçi, əsasən yerli sakinlər çalışır. İstehsal gücünü artırmaq üçün işçi sayının 70-ə çatdırılması nəzərdə tutulub.