Ağcabədidə avtomobil yolunun tikintisinə 8 milyon manat ayrılıb

Ağcabədidə avtomobil yolunun tikintisinə 8 milyon manat ayrılıb Bakı. 2 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
2 May , 2018 18:02
Ağcabədidə avtomobil yolunun tikintisinə 8 milyon manat ayrılıb

Bakı. 2 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi