Ağalı kəndində ağacəkmə aksiyası keçirilib

Ağalı kəndində ağacəkmə aksiyası keçirilib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngiland təşkil olunmuş “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabər
İnfrastruktur
29 Sentyabr , 2023 17:20
Ağalı kəndində ağacəkmə aksiyası keçirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda təşkil olunmuş “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun (NUFA2) iştirakçıları Zəngilan rayonunun Ağalı kəndində ağac əkiblər.

"Report" xəbər verir ki, tədbir iştirakçılarına kəndlə bağlı məlumat verilib.

Qonaqlar sakinlərlə görüşüb, onlara yaradılmış şəraitlə tanış olublar. Vurğulanıb ki, burada müasir şəhərsalma standartları tətbiq olunub.

Azərbaycanda ilk “Ağıllı kənd”in təməli 2021-ci ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağalı kəndində qoyulub. 2022-ci ilin may ayında layihənin birinci mərhələ üzrə açılışı olub.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi