“Aeroflot” Moskva-Bakı aviareysini təxirə salıb
İnfrastruktur
- 06 fevral, 2018
- 09:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 fevral. REPORT.AZ/ Moskvada (Rusiya) müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Şeremetyevo Hava Limanından Bakıya yerinə yetirilməli olan aviareys təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə uçuşu həyata keçirən “Aeroflot” aviaşirkəti Heydər Əliyev Hava Limanına rəsmi məktub göndərib.
Məlumata görə, təxirə salınan "SU-1854" reysi "Boeing-737-500" təyyarəsi ilə reallaşdırılmalı və təyyarə yerli vaxtla saat 14:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməli idi.
Qeyd edək ki, Moskvadakı güclü qar yağması ilə əlaqədar olaraq şəhər hava limanlarında 20 reys gecikib, 11 reys isə təxirə salınıb.
Son xəbərlər
14:34
SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb
Maliyyə
14:30
"Araz-Naxçıvan"ın prezidenti Mahmud Sadıqov: "Rəqiblərimizin bizdən güclü olduğunu bilirdik"
Futbol
14:23
İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
Analitika
14:18
SOCAR III rübdə 1,7 milyon tondan çox neft hasil edib
Energetika
14:16
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Sosial müdafiə
14:14
SOCAR ötən rüb ixrac etdiyi neft və qaz həcmlərini açıqlayıb
Energetika
14:08
Foto
AZCON və "Samruk-Kazyna" strateji əməkdaşlığı genişləndirir
Biznes
14:03
Anuar Nuraxmetov: "Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər" - Müsahibə
İKT
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes