ADY: "Sumqayıt-Bakı qatarının havalandırma sistemində texniki problem yaranıb"

ADY: "Sumqayıt-Bakı qatarının havalandırma sistemində texniki problem yaranıb" Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranması səbəbindən qatarda kondisioner işləməyib.
İnfrastruktur
26 Sentyabr , 2023 10:28
ADY: Sumqayıt-Bakı qatarının havalandırma sistemində texniki problem yaranıb

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranması səbəbindən qatarda kondisioner işləməyib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edilir ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəqiqə gecikmə ilə çatıb.

Son xəbərlər

Orphus sistemi