ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.
İnfrastruktur
1 İyun , 2023 20:31
ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.

ADY-dən "Report"a bildirilib ki, görüşdə dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

Qeyd edək ki, DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-yə üzv ölkələrinin sayı 30-dur.

Son xəbərlər

Orphus sistemi