ADY ötən il Orta Dəhlizlə 4 milyon tona yaxın yük daşıyıb

ADY ötən il Orta Dəhlizlə 4 milyon tona yaxın yük daşıyıb “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ildə Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi) marşrutu üzrə 3,9 milyon ton yük daşıyıb.
İnfrastruktur
9 Fevral , 2023 15:52
 ADY ötən il Orta Dəhlizlə 4 milyon tona yaxın yük daşıyıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ildə Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi) marşrutu üzrə 3,9 milyon ton yük daşıyıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə yarım milyon tondan çox artım deməkdir.

Bu barədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun (TBNM) Beynəlxalq Assosasiyasının Qazaxıstanda keçirilən iclasında qeyd edilib.

Vurğulanıb ki, 2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb.

Xatırladaq ki, 2022-ci ildə ADY 18,7 milyon ton yük daşıyıb. Daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63 % çoxdur.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

 BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi