ADB "Gürcüstan Dəmir Yolları"na 20 milyon dollar investisiya qoyub

ADB "Gürcüstan Dəmir Yolları"na 20 milyon dollar investisiya qoyub Asiya İnkişaf Bankı (ADB) “Gürcüstan dəmir yolları” SC-nin "Yaşıl istiqraz"larına 20 milyon ABŞ dolları investisiya qoyub.
İnfrastruktur
18 İyun , 2021 11:05
ADB Gürcüstan Dəmir Yollarına 20 milyon dollar investisiya qoyub

Asiya İnkişaf Bankı (ADB) “Gürcüstan dəmir yolları” SC-nin "Yaşıl istiqraz"larına 20 milyon ABŞ dolları investisiya qoyub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, həmin vəsait dəmir yolu xətlərinin yaxşılaşdırılması məqsədilə buraxılmış avrobondların təkrar maliyyələşdirilməsi üçün istifadə olunacaq.

ADB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakraborti bildirib ki, Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşir, vacib ticarət və nəqliyyat dəhlizi rolunu oynayır: "Yaşıl istiqraz"ların buraxılması ölkənin dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə imkan verəcək. Şəbəkə ölkə iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. Yolların müasirləşdirilməsi daşınmaları daha sürətli və təhlükəsiz edəcək”.

Son xəbərlər

Orphus sistemi