ADB Azərbaycanla bağlı maliyyələşməni təxirə salıb

ADB Azərbaycanla bağlı maliyyələşməni təxirə salıb Söhbət Şimal-Cənub dəmir yolu layihəsi üçün nəzərdə tutulan kreditin ayrılmasından gedir
İnfrastruktur
24 Avqust , 2016 12:18
ADB Azərbaycanla bağlı maliyyələşməni təxirə salıb

Bakı. 24 avqust. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Şimal-Cənub dəmir yolu layihəsinin reallaşdırılması, həmçinin Azərbaycanın dəmir yolu təsərrüfatının inkişafı üçün nəzərdə tutduğu 200 mln. ABŞ dolları həcmində kreditin ayrılmasını təxirə salıb. “Report” xəbər verir ki, bu barədə Bankın hesabatında deyilir.

“Layihə üzrə fakt-araşdırıcı missiyanın Azərbaycana səfəri 2017-ci il martın 11-25-nə qədər təxirə salınıb, Bankın menecmenti isə 2017-ci il aprelin 15-dək məsələ ilə bağlı fikirlərini bölüşəcək”, - deyə sənədə qeyd olunub.

ADB-nin bundan öncə yaydığı məlumata əsasən, fakt-araşdırıcı missiyanın Azərbaycana səfərinin tarixi kimi noyabrın 12-15-i göstərilmişdir. Dekabrın 12-dək isə yekun müzakirələrin keçiriləcəyi gözlənilirdi.

Qeyd edək ki, ADB ayıracağı vəsaitdən Şimal-Cənub nəqliyyat dəhlizinin Bakı-Yalama (Rusiya ilə sərhəd) xəttinin yenidən qurulması, kompüter, yükdaşıma və əməliyyat sistemlərinin yenidən qurulması və s. işlər üçün istifadə ediləcək.

Xatırladaq ki, ADB ötən ilin aprelində Şimal-Cənub dəmir yolu layihəsi üzrə satınalma planını açıqlamışdır.

Son xəbərlər

Orphus sistemi