ADB Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşınmada vəziyyəti açıqlayıb

ADB Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşınmada vəziyyəti açıqlayıb CAREC-a daxil olan ölkələrdə hava nəqliyyatı ilə sərnişindaşınması 2020-ci ildə 2019-cu illə müqayisədə 40 milyon nəfər azalıb
İnfrastruktur
8 Fevral , 2021 13:19
ADB Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşınmada vəziyyəti açıqlayıb

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) daxil olan ölkələrdə hava nəqliyyatı ilə sərnişindaşınması 2020-ci ildə 2019-cu illə müqayisədə 40 milyon nəfər azalıb.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) CAREC-ə daxil olan ölkələrin koronavirus pandemiyasının aviasiya və turizmə təsiri barədə hesabatında qeyd edilib. ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.

Bildirilir ki, bu ölkələrin qlobal sərnişin axınındakı payı, təxminən, 1,3 % təşkil edir və həm yerli, həm də xarici hava yollarını əhatə edir.

CAREC ölkələri arasında ən böyük aviasiya bazarı Pakistandadır, CAREC ölkələrinin ümumi sərnişin dövriyyəsinin üçdə biri Pakistana aiddir.

Qazaxıstan isə CAREC ölkələri arasında ikinci ən böyük aviasiya bazarına malikdir. Azərbaycan, Gürcüstan və Özbəkistanın oxşar ölçülü aviasiya bazarları var və hər biri CAREC sərnişin axınının təxminən 9 % -ni təşkil edir. Əfqanıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan kiçik aviasiya bazarına malikdir. Bu isə CAREC ölkələrinin ümumi sərnişin axınında 3-5 %-lik paya malikdir. Araşdırmaya əsasən, CAREC ölkələrində 2020-ci ildə ümumi sərnişin axını 54 - 81 % arasında azalıb.

"Əsasən beynəlxalq uçuşlara və xüsusən də beynəlxalq turizmə güvənən ölkələr, böyük daxili bazarları olan, lakin kiçik turizm sənayesinə malik ölkələrlə müqayisədə iqtisadiyyatlarında daha böyük geriləmə yaşayacaqlar. Qazaxıstan və Pakistan geniş yerli aviasiya bazarına malikdilər, buna görə də digərləri ilə müqayisədə bu ölkələrin aviasiya sektoru pandemiyadan daha az təsirlənib. 2019-cu ildə CAREC-ə daxil olan ölkələrdə hava trafiki 74 milyon idi. Bildirilir ki, 2020-ci ildə Azərbaycanda hava nəqliyyatı ilə daxili sərnişin dövriyyəsi 2019-cu illə müqayisədə 50 % azalaraq 300 min təşkil edib. Həmçinin, beynəlxalq istiqamətlərdə sərnişin dövriyyəsi isə 4,9 dəfə azalaraq 900 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi