Abzal Saparbekuly: "BTQ ilə Qazaxıstana konteyner daşımaları sürətlə artıb"

Abzal Saparbekuly: "BTQ ilə Qazaxıstana konteyner daşımaları sürətlə artıb" “Nəqliyyat sektoru Türkiyə və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayır"
İnfrastruktur
16 Fevral , 2021 15:03
Abzal Saparbekuly: BTQ ilə Qazaxıstana konteyner daşımaları sürətlə artıb
Abzal Saparbekuly

“Nəqliyyat sektoru Türkiyə və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayır. Xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ilə Xəzər dənizi vasitəsi ilə Qazaxıstana konteyner daşımaları sürətlə artıb”

“Report” xəbər verir ki, bunu “Anadolu” Agentliyinə Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly deyib.

Onun sözlərinə görə, BTQ-nin daha funksional hala gəlməsi üçün iki ölkə dəmir yolu, TIR şirkətləri və təşkilatlarının birlikdə çalışması lazımdır: “Çünki Qazaxıstanda Türkiyə vasitəsi ilə dünyaya ixrac olunacaq mal var. Sadəcə bunun sürətli və daha əlverişli daşınması üçün çalışmaq lazımdır”.

“Koronavirus pandemiyası səbəbi ilə Türkiyə və Qazaxıstan arasında xarici ticarətin həcmi illik müqayisədə 8 % azalıb. Buna baxmayaraq, Türkiyənin Qazaxıstan xarici ticarətindəki mövqeyi 1 pillə artaraq 6-cı sıraya yüksəlib.

Ötən il iki ölkə arasında xarici ticarətin həcminin 3 milyard ABŞ dolları səviyyəsində reallaşması gözlənilir. Ancaq xarici ticarətdə Türkiyə prezidentinin hədəfi orta müddətdə 5 milyard ABŞ dollarına, uzun müddətə isə 10 milyard ABŞ dollarına yüksəltməkdir”.

Son xəbərlər

Orphus sistemi