Abşeronda palçıq vulkanlarına gedən avtomobil yolunun tikintisi yekunlaşıb

Abşeronda palçıq vulkanlarına gedən avtomobil yolunun tikintisi yekunlaşıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisini yekunlaşdırıb.
İnfrastruktur
26 May , 2022 10:43
Abşeronda palçıq vulkanlarına gedən avtomobil yolunun tikintisi yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisini yekunlaşdırıb.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edir.

Görülən işlər çərçivəsində yolboyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Daha sonra yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri icra olunub.

Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılıb. Layihənin sonuncu mərhələsində isə yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.

Paytaxtdan cəmi 20-25 kilometr aralıda palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədilə inşa edilən yol "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunub.

Son xəbərlər

Orphus sistemi