Abşeron yarımadasının bəzi əraziləri tramvay xətti ilə əhatə olunacaq

Abşeron yarımadasının bəzi əraziləri tramvay xətti ilə əhatə olunacaq “Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.
İnfrastruktur
17 Dekabr , 2019 11:42
Abşeron yarımadasının bəzi əraziləri tramvay xətti ilə əhatə olunacaq

“Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi