"Əmlak kralı" Ceff Qrineyə (Jeff Greene) məxsus olan bu mülkün aylıq kirayə dəyəri 475 min dollar təşkil edir. Evin əsas giriş pilləkəni 35 min kv. metrdir və burada eyni anda 1 000 adama xidmət göstərmək mümkündür. Həmçinin, villanın 50 nəfərlik teatr zalı, 250 nəfərin eyni anda nahar edə biləcəyi yeri də var.
"Palazzo di Amore"nin 10 min şərab şüşəsi saxlamaq üçün zirzəmisi var və əmlakların qiymətində ucuzlaşma olduğu deyilir. Belə ki, yaxınlıqda yerləşən "Holmby" zirvəsi bu ilin martında bazarda təklif edilən qiymətdən 23 mln. dollar ucuz - 102 mln. dollara satılıb.