AAYDA: Yasamal rayonu üzrə 2 küçə təmir edilib

AAYDA: Yasamal rayonu üzrə 2 küçə təmir edilib Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq paytaxtın bəzi küçə və prospektlərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə təmir-tikinti işləri icra olunur. Hazırda təmir işləri Yasamal rayonu üzrə Murtuza Muxtarov küçəsinin Bəsti
İnfrastruktur
21 İyun , 2021 12:30
AAYDA: Yasamal rayonu üzrə 2 küçə təmir edilib

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq paytaxtın bəzi küçə və prospektlərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə təmir-tikinti işləri icra olunur. Hazırda təmir işləri Yasamal rayonu üzrə Murtuza Muxtarov küçəsinin Bəsti Bağırova küçəsi ilə kəsişməsindən Süleyman Rəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.

Bu barədə "Report" AAYDA-ya istinadən xəbər verir.

Uzunluğu 900 metr təşkil edən küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilir. Artıq işlər son mərhələ üzrə icra olunur.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, yeni baxış qapaqları qoyulub. Ümumilikdə bərpa işlərinin aparıldığı sahə 6 900 kv.metr təşkil edir.

Bununla yanaşı Yasamal rayonu üzrə İnvestisiya proqramına uyğun olaraq təmir işləri General Həmidov küçəsində də aparılır. 340 metr uzunluğa malik küçədə hazırda yeni səki daşları düzülür. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.metr təşkil edir. Anoloji işlər uzunluğu 300 metr olan Molla Pənah Vaqif və 600 metr uzunluğa malik Mirəli Seyidov küçələrində də aparılıb. Qeyd edilən küçələrin 7 min kv.metr sahəsi təmir olunub. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün bərpası ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər agentliyin rəhbərliyinin şəxsi nəzarəti altındadır və işlərin vaxtında yekunlaşdırılaraq küçələrin yeni görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi