AAYDA “Qış parkı” ərazisindəki piyada keçidinə su sızması faktını araşdırıb

AAYDA “Qış parkı” ərazisindəki piyada keçidinə su sızması faktını araşdırıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidində su sızması faktını araşdırıb.
İnfrastruktur
20 İyun , 2022 13:58
AAYDA “Qış parkı” ərazisindəki piyada keçidinə su sızması faktını araşdırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktını araşdırıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

“Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb. Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib” – qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi