Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün təmir-tikinti işlərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda təmir işləri aparılan Suraxanı rayonunun İlqar Musayev küçəsində işlərin bu gün axşam saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Sözügedən ərazi ilə yanaşı, cari təmir işləri aparılan Sabunçu rayonunun Şəhər şossesi ərazisində isə təmir mayın 13-nə qədər davam edəcək.
"Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.